Kamran Əliyev: “Azərbaycanın həbs etdiyi erməni separatçılar barəsində istintaq davam edir”

 12-12-2023

“Azərbaycanın həbs etdiyi erməni separatçılar barəsində istintaq davam edir”.

Oxu.Az-ın məlumatına əsasən, bunu baş prokuror Kamran Əliyev jurnalistlərə açıqlamasında bildirib.

“İstintaq yekunlaşandan sonra Azərbaycan ictimaiyyətinə, xalqına ətraflı məlumatlar veriləcək”, - deyə baş prokuror əlavə edib.

Xatırladaq ki, Azərbaycanın hüquq-mühafizə orqanları Qarabağdakı keçmiş qondarma qurumun “prezidentləri” olmuş Arkadi Qukasyan, Bako Saakyan, Arayik Arutyunyan, sabiq “xarici işlər naziri” David Babayan, eləcə də “parlament sədri” David İşxanyan, generallar Lyova Mnatsakanyan, David Manukyan və keçmiş “dövlət naziri” Ruben Vardanyanı həbs edərək Bakıya gətiriblər.

Bənzər yazılar

0.19443702697754