Kür çayı ilə müqayisədə Araz çayının vəziyyəti daha acınacaqlıdır

 18-03-2022

“Su problemini təkcə Kür çayı ilə əlaqələndirmək doğru deyil. Ötən ilin bu vaxtlarında Kür çayından Mingəçevir su anbarından aşağı ərazidə yerləşən rayonlara verilən suyun sərfiyyatı 60 kubmetr/san idisə, ötən həftədən bu, 90 kubmetr/san olub. Lakin yenə də Kür çayının aşağı axınında vəziyyət əvvəlkindən də pisdir”.

MillətinSəsi.info xəbər verir ki, bunu AzTV-nin efirində yayımlanan “Çıxışa doğru” proqramında “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-nin nümayəndəsi Qulu Kərimov deyib.

O bildirib ki, bunun səbəbi Mingəçevir su anbarından sonra Kür çayına qovuşan, Böyük Qafqaz dağlarından qidalanan çayların suyunda azalmaların olmasıdır:

“Daha dəqiq desək, Türyançay, Girdimançay, Göyçay çaylarında suyun azalması bu məsələyə təsirsiz ötüşmür. Aşağı axında olan suyun nizamlanması bizim özümüzdən asılıdır. Bu məsələdə su ehtiyatlarından səmərəli istifadə, aidiyyəti qurumların fəaliyyətinin birgə təşkili, suyun uçotunun dəqiq aparılması və s. önəmlidir ki, bu istiqamətdə ciddi işlər görülüb. İlbəil ölkəyə daxil olan suyun azalmasına baxmayaraq, keçən ilin suvarma mövsümünün əvvəlinə 2020-ci ilə nisbətən 1 milyard kubmetrdən artıq su yığılmışdı. Bu sadəcə su ehtiyatının artması deyil, sudan düzgün istifadənin nəticəsidir. Ötən il ümumi su azalmasına rəğmən vəziyyət qənaətbəxş olub. Kür çayı ilə müqayisədə Araz çayının vəziyyəti daha acınacaqlıdır”.

Q.Kərimov deyir ki, iqlim dəyişikliyinə müdaxilə mümkün olmasa da, mövcud olan su ehtiyatlarından səmərəli istifadə ilə vəziyyəti nisbətən nizamlamaq olar.

Bənzər yazılar

2.8800301551819