Qurumlar ekspertlərlə niyə görüşür?  

 11-12-2023

Ötən həftə Azərbaycan Mərkəzi bankının sədri Taleh Kazımov və Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov müstəqil ekspertlərlə görüş keçirib.

Görüşdə qurumların strategiyaları, nəzərdə tutulan strategiyalar ekspertlərlə müzakirə olunub.

İqtisadçı ekspert Xalid Kərimli “Ölkə.Az”a açıqlamasında bu cür görüşləri müsbət qiymətləndirdiyini deyir. Ekspert sözügedən görüşlərin deklarativ xarakter daşımamasının əsas məqam olduğunu deyir: 

“Bu görüşlər cəmiyyət və dövlət qurumları arasında kommunikasiyanın təkmilləşməsi baxımından faydalıdır. Bu zaman qurumlar yeni layihələri ekspertlərlə bölüşür, onların suallarını cavablandırır, təkliflərini dinləyirlər. Ekspertlər də verilən mesajları cəmiyyətə ötürür. Mərkəzi Bank bu istiqamətdə daha yaxşı addımlar atır və ardıcıl görüşlər keçirir”.

“Digər dövlət qurumları da deklarativ deyil, demokratik üslubda belə görüşlər təşkil etsə, daha yaxşı olar. Milli Məclisdə də qanunlarla bağlı ictimai müzakirələr keçirilir ki, bu da müsbət haldır”, - deyə ekspert əlavə edib.

Fikrimizcə, dövlət qurumlarının yeniliklərlə bağlı cəmiyyətin rəyini nəzərə alması, mütəxəssislərin fikrini dinləməsi və ümumilikdə, bu tendensiyanın digər qurumlar tərəfindən də davam etdirilməsi olduqca əhəmiyyətlidir.

Bənzər yazılar

0.24400901794434