Nazir vəzifəsindən azad edilən Tapdıq Əliyev nazir müavini təyin olundu

 09-12-2023

Naxçıvan Muxtar Respublikası İqtisadiyyat nazirinin yeni müavini təyin olunub.

APA-nın Naxçıvan bürosu xəbər verir ki, bununla bağlı nazirlikdən bu gün keçirilən iclasda qərar verilib. Qərara əsasən nazirin müavini Anar Əhmədov işdən azad olunub.

Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinə yeni nazir müavini də təyin edilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədr müavini Anar İbrahimov bununla bağlı sərəncam imzalayıb. Sərəncama əsasən, Tapdıq Vaqif oğlu Əliyev Naxçıvan Muxtar Respublikası İqtisadiyyat nazirinin müavini təyin edilib.

 

Bənzər yazılar

0.16955089569092