Cəsarət Valehov vəzifəsindən azad olundu

 08-12-2023

Xəbər verdiyimiz kimi, Elm və Təhsil Nazirliyinin aparatında struktur dəyişikliyi olub.

Nazirlikdə yeni şöbələr yaradılıb, təyinatlar olub.

Cəsarət Valehov da bu günə kimi çalışdığı nazirliyin ictimaiyyətlə əlaqələr sektorunun müdiri vəzifəsindən azad edilib. Onun yerinə Səbuhi Rzayev təyinat alıb.

Yeni strukturda C.Valehova vəzifə verilməyib.

Sabiq sektor müdiri qurumda hansısa vəzifədə çalışıb-çalışmayacağı ilə bağlı məlumat verməsə də, yaxın günlərdə yeni iş fəaliyyəti barədə açıqlama verəcəyini söyləyib.

Qeyd edək ki, C.Valehov uzun illərdir sözügedən nazirlikdə çalışıb.

Bənzər yazılar

0.15505886077881