Deputat “McDonald`s”-ın Azərbaycanı tərk etməsini tələb etdi

 06-12-2023

“McDonald`s” Azərbaycan” şirkəti qarşıdakı 5 il ərzində Azərbaycandakı restoran sayını 50-yə çatdırmaq və ümumilikdə 4500 nəfərdən çox şəxsin məşğulluğunu təmin etməyi planlaşdırır”.

“Marja.az” xəbər verir ki, bunu “McDonald`s Azərbaycan” şirkətinin baş direktoru Oskar Boqopolskiy bildirib.

O qeyd edib ki, indiyədək Azərbaycanda McDonald`s-ın 23 restoranı fəaliyyətə başlayıb və işçilərin sayı 2180 nəfərə çatıb. Beləliklə, qarşıdakı 5 ildə daha 27 restoran istifadəyə veriləcək.

Xatırladaq ki, ABŞ-Azərbaycanda münasibətlərin gərgin olduğu hazırki dövrdə, deputatlar, citimaiyyət nümayəndələri Birləşmiş Ştatların ünvanına sərt tənqidi fikirlər səsləndirilər. Onlardan biri deputat Tahir Rzayev yerli saytlardan birinə açıqlamasında deyib:

“ABŞ-yə aid Bakıda “McDonald`s” kimi bir çox restoranlar, iaşə obyektləri, xidmət sahələri var. Onların da fəaliyyətinə məhdudiyyət qoyulmalıdır. Bizimlə qardaş olmayan dövlətlər, Azərbaycanın haqq-ədalət yolunu dəstəkləməyən, əksinə, haqq-ədalətə kölgə salan dövlətlərin Azərbaycandan faydalanmasına imkan verilməməlidir”.

“McDonald`s Azərbaycan” şirkəti rəhbərinin deputatın bu bəyanatından sonra açıqlaması təsadüfi görünmür. Oskar Boqopolskiy xüusi ilə Azərbaycanda açılan iş yerlərini və perspektivdə bu istiqamətdə daha böyük planlardan danışıb:

“1999-cu ildən indiyədək ümumilikdə 13 min nəfərdən çox əməkdaş “McDonald`s Azərbaycan” komandasının üzvü olub. Ölkədə həyata keçirilən islahatlar fonunda Azərbaycanda iqtisadi artım və inkişaf üçün əlverişli mühitin davamlı olacağına inanırıq. Məqsədimiz qarşıdakı 5 il ərzində Azərbaycandakı restoran sayını 50-yə çatdırmaq və ümumilikdə 4500 nəfərdən çox şəxsin məşğulluğunu təmin etməkdir”,- Oskar Boqopolskiy deyib.

Onun sözlərinə görə, bu gün “McDonald`s Azərbaycan” 100-dən çox yerli şirkətlə, o cümlədən qida, süd və kənd təsərrüfatı tədarükçüləri, eləcə də sous istehsalçıları ilə əməkdaşlıq edir. Oskar Boqopolskiy əlavə edib ki, yaxın gələcəkdə “McDonald`s”da istifadə olunan mal əti məhsullarının yerli istehsal hesabına təmin edilməsi hədəflənir.

Bənzər yazılar

0.19503688812256