Sumqayıtda həmyaşıdını öldürməkdə təqsirli bilinən 22 yaşlı gənc hakim qarşısında

 29-11-2023

Sumqayıtda 22 yaşlı gəncin qətlində təqsirli bilinən Səftər Bünyətovun cinayət işi üzrə məhkəmə araşdırması davam edir.

Sumqayıt Ağır Cinayətlər Məhkəməsində hakim Fəhmin Hümbətovun sədrlyi ilə keçiriləcək məhkəmə baxış iclası noyabrın 30-na təyin olunub. 

Qeyd edək ki, ötən il avqustun 27-i saat 13 radələrində Sumqayıt şəhəri ərazisində 2000-ci il təvəllüdlü Pərvin Dadaşov öldürülüb. 

Sumqayıt şəhər prokurorluğu tərəfindən aparılan araşdırmalarla zərərçəkmişin tanışı, 2000-ci il təvəllüdlü Səftər Bünyətovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarətlər yetirərək Pərvin Dadaşovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Səftər Bünyətov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

 

Bənzər yazılar

0.20305180549622