Türkiyə və Rusiya liderləri Tehranda Qarabağdan DANIŞIB: Putin Ərdoğana İlham Əliyevin salamını ÇATDIRIB

 20-07-2022

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla rusiyalı həmkarı Vladimir Putinin Tehranda keçirilən təkbətək görüşündə müzakirə edilən mövzular arasında Qarabağ məsələsi də olub.

Bu barədə Kremlin mətbuat xidməti Rusiya dövlət başçısının görüşdəki çıxışından sitat gətirərək məlumat yayıb.

Həmçinin, görüş zamanı Vladimir Putin Azərbaycan Prezidentinin salamını Rəcəb Tayyib Ərdoğana çatdırıb.

“Təbii ki, digər mühüm məsələ - Qarabağ bizim nəzərimizdədir. Mən bu yaxınlarda Xəzər Sammiti çərçivəsində Azərbaycan Prezidenti ilə görüşmüşəm. Onun sizə böyük salamı var”, - deyə Rusiya lideri bildirib.

Mənbə: Kremlin.ru

Bənzər yazılar

0.26305103302002