Britaniyada rekord istilər səbəbindən YANĞINLAR BAŞLAYIB - VİDEO

 19-07-2022

Britaniyada rekord istilər yanğınlara səbəb olub.

Bu gün ölkənin bir sıra rayonlarında havanın temperaturu +40 dərəcəyə yüksəlib ki, bu da meteoroloji müşahidələr tarixində rekord göstərici olub.

Britaniya Hərbi Hava Qüvvələrinin ən böyük bazası “Brize Norton” istilərin uçuş-enmə zolaqlarına təsiri səbəbindən bir gün əvvəl fəaliyyətini dayandırıb. Ölkənin cənubunda qatarlar gecikmə ilə hərəkət edir, bəzi reyslər isə ləğv edilib.

Hazırda krallıqda bir çox tədris müəssisələrində dərslər dayandırılıb və ya onların müddətini əhəmiyyətli dərəcədə azaldılıb.

Mənbə: rt.com

Bənzər yazılar

0.26915788650513