Bakıda ticarət obyektindəki yanğın tam söndürüldü - VİDEO

 23-11-2023
Binəqədi rayonunda metronun "Azadlıq prospekti" stansiyası yaxınlığında ticarət obyekti yanıb
 
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin “112" qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsində yerləşən üçmərtəbəli ticarət obyektində yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal əraziyə Nazirliyin qüvvələri cəlb olunub.
 
FHN-dən daxil olan məlumata görə, havanın küləkli olmasına baxmayaraq, yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində üçmərtəbəli obyektdə baş vermiş yanğın qısa müddətdə məhdudlaşdırılıb.
 
Hadisə ilə bağlı Daxili İşlər Nazirliyi Binəqədi rayonunda obyektdə baş verən yanğınla bağlı məlumat yayıb.
 
Nazirliyin mətbuat xidmətindən bildirilib ki, Süleyman Sani Axundov küçəsində obyektdə yanğınla əlaqəli polis əməkdaşları tərəfindən təhlükəsizlik tədbirləri görülür.
 
Əraziyə əlavə canlı qüvvə cəlb edilib. Obyektdə olan şəxslər oradan tam təxliyə ediliblər. Xilasetmədə iştirak edən bir polis əməkdaşı xəsarət alıb.
 
Havanın küləkli olmasına baxmayaraq, yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində Bakı şəhəri, Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsində yerləşən üçmərtəbəli ticarət obyektində baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə tam söndürülüb.

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) bildirilib ki, yanğın səbəbindən Azadlıq prospektindən Süleyman Sani Axundov küçəsi istiqamətində yolda tətbiq olunan məhdudiyyət aradan qaldırılıb.

Yanğınla bağlı Binəqədi rayonu, Azadlıq prospektindən Süleyman Sani Axundov küçəsi istiqamətində yolda məhdudiyyət tətbiq edilmişdi.

Əlavə məlumat veriləcək.
 

 

Bənzər yazılar

0.20738291740417