Bakı Ağır Cinayətlər Məhkəməsi köçürülür

 22-11-2023

Bakı Ağır Cinayətlər Məhkəməsi üçün yeni inzibati bina inşa ediləcək.

İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, bununla bağlı müvafiq qərar qəbul edilib.

Artıq Ədliyyə Nazirliyi bununla bağlı tender də elan edib və tikinti işlərini həyata keçirəcək şirkət axtarışındadır.

Yeni inzibati binanın harada yerləşəcəyi açıqlanmayıb.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hazırkı inzibati binası paytaxtın Səməd Vurğun küçəsi 30 ünvanında yerləşir.

 

Bənzər yazılar

0.19632291793823