“Dojd” telekanalı efirə QAYIDIR

 18-07-2022

Rusiyanın “Dojd” telekanalı yayımını qismən bərpa edəcək.

Bu barədə kanalın rəhbəri Natalya Sindeyeva məlumat verib.

“İlk mərhələdə “Dojd”un “YouTube” kanalında axşam saatlarında canlı yayımlar olacaq, həmçinin bir neçə müəllif proqramı da geri dönəcək. Payızda geniş, ciddi təqdimat planlaşdırılır, çünki studiyanı bərpa etmək və dekorasiyanı qurmaq lazımdır”, – deyə Natalya Sindeyeva vurğulayıb.

Qeyd edək ki, “Dojd” telekanalı Rusiya ordusunun Ukraynada hərbi əməliyyatlara başlamasından yeddi gün sonra (martın 3-də) bağlanmışdı.

Mənbə: Holod.media

Bənzər yazılar

0.34564900398254