Moskva metrosunda üç cütlük EVLƏNİB

 18-07-2022

Moskva metrosunun “Mayakovskaya” stansiyasında üç cütlük ailə qurub.

Bu barədə paytaxtın nəqliyyat departamentinin “Telegram” kanalı məlumat yayıb.

Tədbirin Moskva meri Sergey Sobyaninin “Xoşbəxtliyin yeni ünvanları” layihəsi çərçivəsində baş tutduğu bildirilib.

Nikah mərasimi metrodakı sərnişinləri narahat etməmək üçün gecə saatlarında keçirilib. Yeni evlənənlər üçün stansiyada toy tağı quraşdırılıb, qatarlarda fotosessiya təşkil olunub.

Mənbə: moslenta.ru

Bənzər yazılar

0.7753119468689