"Azəriqaz" əməkdaşı işə düzəltmək adı ilə vətəndaşların pullarını alıb

 17-03-2022

“Azəriqaz”ın sabiq əməkdaşı iki nəfərə qarşı işə düzəltmək adı ilə dələduzluq edib.

Qazax rayon prokurorluğundan MillətinSəsi.info-a bildirilib ki, rayon sakinlərinin işə düzəltmək adı ilə onlardan pul vəsaitlərinin alınması barədə müraciətləri əsasında araşdırma aparılıb.

Araşdırmalarla “Azəriqaz”ın Qazax Xidmət Sahəsinin sabiq operatoru Bəxtiyar Mehdiyevin iki nəfəri “Təmiz Qaz” QSC-nin regional bölməsinə işə düzəltmək adı ilə ümumilikdə 5 min 500 manat məbləğində pul almasına əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı cinayət işi başlanıb. İstintaq davam edir.

Bənzər yazılar

0.27058696746826