Amerikalı model və aktrisa Emili Ratakovski artıq nişan üzüyü taxmır.
Bu barədə onun yaxın çevrəsindən məlumat yayılııb.
Deyilənlərə görə, Ratakovski və Sebastian Bir-Maklardın ailəsi dağılmaq üzrədir.
Belə ki, kişi xanımına dəfələrlə xəyanət edib.
Qeyd edək ki, hələlik nə Ratakovski, nə də Bir-Maklard məsələ ilə bağlı rəsmi şərh vermir.
Xatırladaq ki, tanınmış model 2018-ci il fevralın 23-də bir neçə həftəlik münasibətdən sonra aktyor və prodüser Sebastian Bir-Maklard ilə evlənib. 8 mart 2021-ci ildə cütlüyün Silvester Apollo Bir adlı oğlu olub.
Mənbə: gazeta.ru