Vəzifəli şəxslər cərimələndilər

 18-11-2023

Beyləqanda bələdiyyə sədri barəsində inzibati protokol tərtib olunub.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının sanitariya-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə keçirdikləri tədbir zamanı rayonun Gödəklər kəndi ərazisində məişət tullantılarının qalaqlanması halı aşkar edilib.

Həmin kəndin bələdiyyə sədri barəsində İnzibati Xətalar Məcəlləsinin 271-ci (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi) maddəsi ilə protokol tərtib olunub.

Ağcabədi Rayon Polis Şöbəsinin DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarının sanitariya-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə keçirdikləri tədbir zamanı isə rayonun Yeni Qaradolaq kəndi ərazisində məişət tullantılarının qalaqlanması halı aşkar edilib.

Həmin kəndin bələdiyyə sədri barəsində İnzibati Xətalar Məcəlləsinin 271-ci (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi) maddəsi ilə protokol tərtib olunub.

Bundan başqa RPŞ-nin əməkdaşlarının keçirdikləri profilaktiki tədbirlər nəticəsində daha bir rayon sakini özündə olan odlu silahı polis əməkdaşlarına təhvil verib.

Bu istiqamətdə tədbirlər davam etdirilir.

 

Bənzər yazılar

0.1669659614563