On ay ərzində Azərbaycanda içki və tütün məhsullarına nə qədər pul xərclənib?

 16-11-2023

2023-cü ilin yanvar-oktyabr aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 46 173,2 milyon manatlıq, o cümlədən 25 833,9 milyon manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 20 339,3 milyon manatlıq qeyri-ərzaq malları satılıb.

Bu barədə Dövlət Statistika Komitəsindən bildirilib.

Qeyd edək ki, 2022-ci ilin yanvar-oktyabr ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3,4%, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 2,2%, qeyri-ərzaq malları üzrə 4,9% artıb.

Xatırladaq ki, 2023-cü ilin yanvar-oktyabr aylarında alıcıların pərakəndə ticarət şəbəkəsində aldıqları mallara xərclədiyi vəsaitin 51,7%-i ərzaq məhsullarının, 4,2%-i içkilər və tütün məmulatlarının, 14,0%-i toxuculuq məhsulları, geyim və ayaqqabıların, 5,5%-i avtomobil benzini və dizel yanacağının, 4,9%-i elektrik malları və mebellərin, 2,2%-i əczaçılıq məhsulları və tibbi ləvazimatların, 1,1%-i kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 16,4%-i isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunub.

 

Bənzər yazılar

0.20066285133362