Yardımlıda iki nəfərin ölümündə təqsirli bilinən ata və oğlu yenidən hakim qarşısında

 11-11-2023

Yardımlı  əmisi və əmisi oğlunu qətlə yetirməkdə təqsirləndirilən Kənan Nuroğlu və atası Nürəddin Kərimova Ali Məhkəməyə müraciət ediblər.

Onların müraciətinə hakim Əziz Seyidovun sədrliyi ilə keçiriləcək məhkəmə prosesində baxılacaq.

Qeyd edək ki, tərəflər arasında mübahisə Nürəddin Kərimov və oğlu Kənanın kənd ərazisindəki otlaq sahəsində çəpərləmə işləri apararkən baş verib. Belə ki, qardaşı Şəmsəddin Kərimov və oğlu Elməddin əraziyə gələrək etirazlarını bildiriblər.

Yaranmış mübahisə nəticəsində Nurəddin avtomobilindən silahı çıxardıb hazır vəziyyətə gətirib, oğlu Kənan isə həmin silahdan atəş açmaqla əmisi Şəmsəddin Kərimovu və əmisi oğlu Elməddini qətlə yetirərək oradan qaçıb.

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Kənan Nuroğlu ömürlük, Nürəddin Kərimov isə 17 il müddətə azadlıqdan məhrum edilib.

 

Bənzər yazılar

0.23341298103333