Dostu ilə birləşib əmisini qətlə yetirdi, hökmdən narazıdırlar

 10-11-2023

Tərtər sakinini tamah məqsədilə öldürməkdə təqsirləndirilən Zamin Abbaszadə və Cavad Kərimovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Teleqraf.com xəbər verir ki, cinayət işi baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Tərtər rayonunda qətl törətməkdə təqsirli bilinən Cavad Kərimov və Zamin Abbaszadə hökmdən apellyasiya şikayəti veriblər.

Onların şikayətinə Gəncə Apellyasiya Məhkəməsində hakim Əlizamin Abdullayevin sədrliyi ilə baxılacaq.

İş üzrə məhkəmə ilkin baxış iclası noyabrın 17-nə təyin olunub.

Qeyd edk ki, hadisə 2019-cu il oktyabrın 2-nə keçən gecə Tərtər rayonunun Sarov kəndində qeydə alınıb.

Kənd sakini Niyaməddin Kərimovun tamah məqsədi ilə öldürüldüyü müəyyənləşib.

Qeyd edilib ki, 20 yaşlı Cavad Kərimov dostu, Kəngərli kənd sakini, 19 yaşlı Zamin Abbaszadəyə əmisində xeyli miqdarda pul olduğunu bildirib.

Zamin Abbaszadə Sarov kəndində yaşayan babasıgillə qonşu olan Niyaməddindən pulun alınması ilə birgə Cavadla plan qurublar.

Onlar 36 yaşlı kişinin sərxoş vəziyyətdə olmasından istifadə edərək ona qarşı zorakılıq ediblər və gecə saatlarında pul tələb ediblər.

Lakin Niyaməddin Kərimov həmin şəxslərə pul verməyəcəyini bildirib, müqavimət göstərib.

Bu zaman dostlar Niyaməddin Kərimovu qətlə yetiriblər.

Hər iki şəxs tutularaq istintaqa təhvil verilib.

İstintaq orqanı tərəfindən onların barəsində Cinayət Məcəlləsinin 120.2.1-ci (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürmə) və 120.2.5-ci (tamah məqsədi ilə və ya sifarişlə, habelə zərərçəkmiş şəxsin orqanlarından və ya toxumalarından istifadə etmək məqsədi ilə adam öldürmə) maddələri ilə ittiham elan edilib.

Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Mahmudovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub.

Hökmə əsasən, Cavad Kərimov 17 il, Z.amin Abbaszadə isə 17 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

 

Bənzər yazılar

0.19574213027954