Kuryerin görüntüsünü yayanlar cinayət məsuliyyətinə CƏLB OLUNA BİLƏR

 13-07-2022
Sosial şəbəkədə paylaşılan görüntülərdə çatdırılma şirkətlərindən birinin kuryerinin müştərinin sifarişini açaraq çiy küftəni yediyi iddia olunur. Yeməyi kuryerin özünün alıb-almadığı, yaxud həqiqətən də başqasının sifarişi olduğunu müəyyən etmək mümkün deyil. Bəs belə olan halda həmin videonu çəkən şəxsi hansı məsuliyyət gözləyir? Hüquq buna nə deyir?
 
Məsələnin hüquqi tərəflərini Bakupost.az -a hüquqşünas Ələsgər Məmmədli şərh edib.
 
Hüquqşünas qeyd edib ki, şəxsin icazəsi olmadan, yaxud özünün qurğuladığı səhnə deyilsə, o zaman videonun çəkilməsi ciddi hüquq pozuntusu sayılır:
 
 
“Bunun qurama və ya sosial mediada daha çox izləyici cəlb etmək üçün bir aktyor oyunu olub-olmadığını biz bilmirik. Əgər həqiqətən də burada kuryer kimi təqdim olunan şəxs onun icazəsi olmadan videosunun çəkildiyi və yayıldığını, həmin görüntünün altına dəqiqləşdirilməmiş fikrin yazıldığını iddia edərsə, o zaman birmənalı olaraq şəxsi toxunulmazlıq aspektindən müəyyən hüquqlar yaranır. Bu da konstitutiyamızın 32-ci maddəsində əks olunub: şəxsin icazəsi olmadan onun foto və videosunun çəkilməsi, yayılması qadağandır.
 
Bu yeməyin onun özünün sifarişi olub yediyi, yaxud başqasının sifarişi olduğunu müəyyən etmək kənardan çəkən üçün mümkün deyil. Ona görə də bu, açıq şəkildə şəxsin şəxsi toxunulmazlıq hüququna kobud müdaxilədir. Əgər həmin şəxs istəsə, şəxsi həyatına müdaxilə çərçivəsində məsələni mübahisələndirə bilər. Konstitutsiyanın 32-ci maddəsinin cinayət hüququ aspektindən qorunan tərəfləri də Cinayət Məcəlləsinin 156-cı maddəsi şəxsi həyatın sirrini pozmağa görə cinayət məsuliyyəti müəyyən edir. Bunu paylaşanlar da həmin şəxsə dəyən zərərə görə məsuliyyət daşıya bilərlər”.
 

Bənzər yazılar

0.21837210655212