“Qarabağ” “Lex” klubuna 4 QOL VURDU -  VİDEO

 12-07-2022

“Qarabağ” - “Lex” oyununda ağdamlılar 3 dəqiqəyə rəqib qapısına daha 2 qol vurmağı bacarıblar.

74-cü dəqiqədə Kadi Borges özünün 2-ci “Qarabağ”ın isə 4-cü qolunu vurub.

Daha sonra, 77-ci dəqiqədə Abbas Hüseynov darmadağında pay sahibi olur - 5:1.

UEFA Çempionlar Liqasının I təsnifat mərhələsində “Qarabağ”-“Lex” oyunu başa çatdı.

“Qarabağ” Çempionlar Ligasında yoluna darmadağınla davam edir - 5:1.

Qeyd edək ki, A.Hüseynov 75-ci dəqiqədə meydana daxil olmuşdu.

21:21

Bakıda Tofiq Bəhramov adına Respublika Stadionunda “Qarabağ” - “Lex” qarşılaşması davam edir.

56-cı dəqiqədə Kevin Medina Ağdam təmsilçilərinin 3-cü qolunu vurdu - 3:1.

20:48

Bakıda Tofiq Bəhramov adına Respublika Stadionunda “Qarabağ” - “Lex” qarşılaşması davam edir.

Milletinsesi.info xəbər verir ki, Filip Ozobiç 42-ci dəqiqədə Qarabağı hesabda önə çıxartdı - 2:1.

Oyunda ilk hissə başa çatıb.

20:16

“Qarabağ” bu gün UEFA Çempionlar Liqasının I təsnifat mərhələsində “Lex” (Polşa) ilə cavab oyununa çıxıb.

Milletinsesi.info-ın məlumatına görə, matçda hesab artıq açılıb.

Oyunun birinci dəqiqəsində qonaqlar Veldenin qolu ilə 0:1 irəli çıxıblar.

Daha sonra Kadi Borges 14 dəqiqədə bərabərlik qoluna imza atıb - 1:1.

Bənzər yazılar

0.20917892456055