Prezident nazir Fikrət Məmmədovu Məhkəmə-Hüquq Şurasının üzvlüyündən çıxardı

 03-11-2023

Ədliyyə Nazirliyi haqqında Əsasnamədə dəyişiklik edilib.

Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb.

Fərmana əsasən, Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 18 aprel tarixli 391 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi haqqında Əsasnamə”nin 16.20-ci bəndi (Məhkəmə-Hüquq Şurasının üzvü olmaqla onun işində iştirak edir) ləğv edilib.

Bununla da, ədliyyə naziri Məhkəmə-Hüquq Şurasının üzvlüyündən çıxarılıb.

Qeyd edək ki, hazırda ədliyyə naziri Fikrət Məmmədovdur.

Bənzər yazılar

0.16641116142273