Rusiyalı jurnalist və “yutuber” Yuri Dud uşaqlar arasında homoseksuallığı təbliğ etməkdə günahkar bilinib.
İyulun 7-də Lefortovo Dünya məhkəməsi jurnalisti İnzibati Xətalar Məcəlləsinin 6.21-ci maddəsinin “Yetkinlik yaşına çatmayanlar arasında qeyri-ənənəvi cinsi münasibətlərin təbliği” maddəsinin ikinci hissəsi ilə təqsirli bilib. Dud 120 min rubl (3,240 AZN) cərimə edilib.
Dudun qeyri-ənənəvi münasibətləri nə vaxt və necə təbliğ etdiyi məlum deyil.
Qeyd edək ki, o, xarici agent kimi də tanınır.
Mənbə: “BAZA” “Telegram”