"Əlindən bıçaqı alıb bədəninə 3-4 dəfə zərbələr vurdum" - Təfərrüat

 02-11-2023

Abşeron rayonunda həyat yoldaşını bıçaqlayaraq qətlə yetirməkdə təqsirli bilinən Seynur Abbasovun (adlar şərtidir) cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Hadisə Xıradalan şəhərində baş verib.

29 yaşlı Türkanə Məmmədcanova evdə həyat yoldaşı, 40 yaşlı Seynur Abbasovla mübahisə edib.

Aralarında yaranan mübahisə zamanı Seynur Abbasov Türkanə Məmmədcanovaya bir neçə bıçaq zərbəsi vurub.

Yaralı çoxlu qan itirərək hadisə yerində dünyasını dəyişib.

Həyat yoldaşını öldürən Seynur Abbasov bıçaqla özünə də xəsarət yetirib. O, polis nəzarətində xəstəxanaya çatdırılıb. Onun həyatını xilas etmək mümkün olub.

Təqsirləndirilən şəxs qisminsə dindirilən Seynur Abbasov ifadəsində bildirib ki, Türkanə ilə 2006-cı ilə ailə qurub. Birgə nigahdan 4 övladları olub. Son illər ərzində onların münasibətləri pozulub. Heç bir yerdə işləmədiyi və evə qazanc gətirmədiyinə görə aralarında mübahisələr yaranıb. Arvadı ondan boşanacağını bildirib.

Hadisə baş verən günü axşam aralarında yenidən mübahisə baş verib:

"Axşam evdə yemək yedik. Türkanə mənə dedi ki, yığışıb gedirəm atam gilə. Başladı valideyinlərimin ünvanına nalayiq ifadələr işlətməyə. Mübahisə düşdü aramızda. Mətbəxdən bıçaqı götürüb sinəmə xəsarət yetirdi. Əlindən bıçaqı alıb bədəninə 3-4 dəfə zərbələr vurdum".

Seynur ifadəsində daha sonra bildirib ki, zərbələrin təsirindən Türkanə yerə yıxılıb. O, daha sonra çölə çıxıb qızına anasını xəstəxanaya aparmaq lazım olduğunu deyib. Həyətdən küçəyə çıxaraq evlərindən bir qədər uzaqlaşıb. Yoldaşını öldürdüyünü anlayaraq intihar etmək istəyib. Bıçaqla özünün sinə nahiyyəsinə xəsarətlər yetirib. 

Bir qədər sonra taksi ilə "Memar Əcəmi" metro stansiyasının yaxınlığına gedib. Orada özünü pis hiss etdiyindən yolun kənarında oturub. Polis əməkdaşları yaxınlaşın ondan nə olduğunu soruşduqda Abbasov arvadına və özünü bıçaqla xəsarət yetirdini bildirib. Polis əməkdaşları onu xəstəxanaya çatdırılblar. 

Məhkəmə prosesində Seynur Abbasov ittiham üzrə özünü qismən təqsirli bilib.  

Məhkəmə hesab edib ki, Seynur Abbasovun cinayət əməlini törətməkdə təqsirli olması, özünün qismən etiraf edici ifadəsi, toplanmış sübutların məcmusu, zərərçəkmiş şəxs və şahidlərin ifadələri, ekspertiza rəyləri, həmçinin iş materialları ilə tam sübuta yetirilib. 

Sonda məhkəmənin hökmü ilə Seynur Abbasov qəsdən adam öldürməkdə təqsirli bilinərək 13 il müddətinə azadlıqdan məhrum edilib.

 

Bənzər yazılar

0.22093200683594