“Qəbələ”nin daha bir futbolçusu Kipr klubuna KEÇİR

 11-07-2022

“Qəbələ”nin daha bir futbolçusu Stefan Vukçeviç karyerasını Kiprin “Enosis” klubunda davam etdirəcək.

“Qırmızı-qaralar”la müqaviləsi başa çatan 25 yaşlı yarımmüdafiəçi Kipr təmsilçisi ilə anlaşıb.

Monteneqrolu oyunçu ilə sözləşmə imzalanması üçün bəzi detallar qalıb.

Qeyd edək ki, Stefan Vukçeviç 2020-ci ilin avqustunda bölgə klubuna transfer olunub.

Xatırladaq ki, “Enosis” də əvvəl “Qəbələ”dən ayrılan Fernan Lopesi də heyətinə qatıb.

Mənbə: Themasports

Bənzər yazılar

0.2279851436615