Keçmiş tennisçi Mariya Şarapova sosial şəbəkələrdə uşaq dünyaya gətirməsinə eyham vurub.
O, “Instagram”da statusunu dəyişərək “ana” yazıb.
35 yaşlı Şarapova hamilə olduğunu aprel ayında açıqlamışdı.
Qeyd edək ki, 2020-ci ilin dekabrında idmançı britaniyalı iş adamı Aleksander Gilks ilə nişanlanıb. Cütlük rəsmi olaraq toy haqda açıqlama verməyib.
Mənbə: rbc.ru