“Formula-1”-də bolid YANIB - VİDEO

 10-07-2022

“Formula-1” üzrə Avstraliya Qran Prisində bolidlərdən biri yarış zamanı alışıb.

Hadisə “Ferrari” pilotu Karlos Saynsın başına gəlib.

O, Verstappen və Leklerin arxasınca inamla podiuma doğru şütüsə də, 57-ci dövrədə ispaniyalının maşını yanıb.

Karlos stüardlar gələnə qədər kabinədə qalıb. Lakin yanğın bütün avtomobili bürüməzdən əvvəl “Ferrari” pilotu təhlükəni atlamağı bacarıb.

Qeyd edək ki, Karlos əvvəlki Qran Prinin qalibi olub.

Mənbə: MatchTV

Bənzər yazılar

0.20056796073914