Mövlam Şıxəliyev niyə Kürdəxanı təcridxanasına getmək istəmir? - "MTN işi"ndə maraqlı detal

 27-10-2023
Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin İstintaq Baş İdarəsinin keçmiş rəisi Mövlam Şıxəliyev Ali Məhkəmədə prosesdən yayınmağa çalışır. 
 
Qaynarinfo xəbər verir ki, Mövlam Şıxəliyev ötən prosesə qatılmayıb. Məlum olub ki, onun prosesdə iştirak etmək üçün xüsusi şərti var. Şərt isə Mövlam Şıxəliyevin məhkəmə bitənə qədər Kürdəxanıda yerləşən 1 saylı Bakı İstintaq Təcridxanasında saxlanılmamasından ibarətdir. 
 
Keçmiş rəisi hər prosesdən sonra yenidən cəzaçəkmə müəssisəsinə qaytarılmasını istəyir. Məhkəmədə bu addımın qanunsuz olduğu diqqətə çatdırılıb. 
 
Bəs keçmiş rəis nədən belə bir şərt irəli sürüb?
 
Bəzi mülahizələrə görə Mövlam Şıxəliyev Ali Məhkəmədədə bir nəticəyə vara bilmədiyinin fərqində olduğu üçün proseslərdə iştirak etmək istəmir. Lakin zərərçəkənlər onun da prosesdə iştirakını tələb etdiyinə görə belə şərt irəli sürür. 
 
Başqa bir mülahizəyə görə isə məsələ Mövlam Şıxəliyevin cəzaçəkmə müəssisəsindəki şəraiti ilə bağlıdır. Ümumiyyətlə, təcridxana həmişə məhkumlar üçün cəzaçəkmə müəssisəsi ilə müqayisədə daha çətin yer olub. Oranın qaydaları ilə cəzaçəkmə müəssisələrinin qaydaları bir qədər fərqlidir. 
 
Mövlam Şıxəliyevin irəli sürdüyü şərtin qəbul olunacağı inandırıcı deyil. Zərərçəkənlər hesab edir ki, keçmiş rəis proseslərə qatılmamaq üçün başqa bəhanələr uydura bilər. 

Bənzər yazılar

0.10447096824646