Meyxanaçı Ələkbər Yasamallı həmkarı Rəşad Dağlı ilə bağlı açıqlamalar verib.
Bizim.Media xəbər verir ki, Ələkbər “Qapqara” layihəsində bibisi oğlunu qətlə yetirən Rəşad haqqında bunları söyləyib:
“Rəşad mənim evimə gəlib gedən adamdır. Dərd ortağım idi. Elə an olub ki, qohumlarımın etmədiyimi Rəşad edib. Sağlamlığımda problem olanda xəstəxanaya aparıb ki, getməliyik.
Rəşada da, mənə də zərbə dəyib. Bu, ortaq dərdimizdir. O biri də mənim qardaşımdır. Mən türmədə olsaydım, Rəşadla danışardım. Mənim də 3 balam var. Kişi qanı suyla yuyar, qanla yox.
Hadisə olanda Almaniyada idim. Anam zəng etdi, birinci də Rasim yığıb ki, ““Youtube”a baxmısan?” Dedim, nə olub? Dedi ki, “İskəndərlə Rəşad…” Elə bildim bacım oğlu Rəşadı deyir.
Dedi ki, “vurub…” Dedim, xəstəxanadadır? Qayıtdı ki, “ölüb”. Sonra başa düşdüm ki, Rəşad Dağlını deyir.
Anam zəng etdi, dedi ki, “südümü halal etmərəm, 40-na qədər heç nə danışma. Çünki Rəşad da sənindir, o da”. Mən də uzaqdayam, hadisənin necə olduğunu bilmirəm. Rəşad üçün pis hazırlaşmışdım ki, gəlib sözümü deyəcəyəm. 40 gün danışmadım. Bakıda hadisələri gördüm, başa düşdüm ki, ikisi də bədbəxtdir.
Anama deyirəm ki, mənə kömək oldun, səbr etməyi öyrəndim. Rəşad çıxar həbsdən, oturub danışarıq, bəlkə də dostluğumuz alınmaz. Amma onu balalarının yanında görmək istəyirəm”.
“Rəşadı balalarının yanında görmək istəyirəm” – Ələkbər Yasamallı
22-04-2025
