Kortni Ostrien: “ABŞ ukraynalıların saxlanıldığı 18 filtrasiya düşərgəsi aşkarlayıb”

 09-07-2022

ABŞ ukraynalıları saxlamaq və zorla Rusiyaya deportasiya etmək üçün qurulmuş ən azı 18 filtrasiya düşərgəsi aşkarlayıb.

Bunu ABŞ-ın ATƏT-dəki missiyasının rəhbərinin müavini Kortni Ostrien bildirib.

“Rusiya hakimiyyəti yəqin ki, bu ölkənin Ukrayna üzərində nəzarəti üçün təhlükə hesab edilən yerli sakinlərin, o cümlədən ukraynayönlü fikirlərə sahib olan rusiyalıların hamısının – siyasətçilərin, fəalların və digər rəsmilərinin siyahısını tərtib edib”, – deyə Ostrien qeyd edib.

O, düşərgələrin hələ Rusiyanın Ukraynaya təcavüzü başlamazdan əvvəl sərhədin hər iki tərəfində qurulduğunu diqqətə çatdırıb.

Mənbə: TRT

Bənzər yazılar

0.26105809211731