Məşhur azərbaycanlı xeyriyyəçi həbs edildi

 25-10-2023
Moskva vilayətində 2003-cü ildə azərbaycanlı tərəfindən törədilən qətlin təfərrüatları üzə çıxıb.
 
Lent.az Rusiya KİV-ə istinadla bildirir ki, cinayətin səbəbi iki qrup arasında təsir dairələrinin yenidən bölüşdürülməsi və iş adamlarından pul alınması ilə bağlı münaqişə olub. İstintaqın məlumatına görə, Qalib Yusubov Zirin adlı şəxsi aldadaraq iş otağına aparıb və orada bir neçə killer növbə ilə sahibkarı güllələyib. Sonra cəsədi xalçaya bükərək hadisə yerindən çıxarıb və Puşkinski rayonundakı meşədə basdırıblar.
 
Sözügedən qətlin üstü 1999-cu ildə törədilmiş digər cinayət işinin istintaqı çərçivəsində açılıb. İstintaq Komitəsinin Moskva vilayəti üzrə Baş İstintaq İdarəsinin rəisinin böyük köməkçisi Olqa Vradiyin sözlərinə görə, şəxs artıq Rusiya Federasiyası Cinayət Məcəlləsinin 105-ci maddəsinin 2-ci hissəsi "g” bəndi  ilə ittiham olunub və barəsində həbs qətimkan tədbiri seçilib.
 
Məlumata görə, xeyriyyəçi Qalib Yusubov Azərbaycanın Qazax rayonundandır. və 1982-ci ildə Rusiyaya köçüb. Güləşlə, əlbəyaxa döyüşlərlə fəal məşğul olub, İdman Akademiyasını bitirib. Onun dostları arasında bir çox məşhur idmançılar və müxtəlif döyüş sənətlərinin ustaları var.

Bənzər yazılar

0.17966198921204