Azərbaycan millisinin və Zaqreb “Dinamo”sunun futbolçusu Mahir Emreli “Hayduk”a qarşı Xorvatiya Superkuboku uğrunda oyunu buraxacaq.
“Report”un məlumatına görə, bu barədə komandanın baş məşqçisi Ante Çaçiç açıqlama verib.
O bildirib ki, 25 yaşlı hücumçu zədədən yeni qayıtdığı və hazır olmadığı üçün matçın iştirak ərizəsinə salınmayıb.
Qeyd edək ki, iyulun 9-da “Maksimir” stadionunda oynanılacaq “Dinamo” – “Hayduk” matçı Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.