Bala Heydərin hüquqşünasının HƏDƏLƏRİNƏ CAVAB

 08-07-2022

Bala Heydər ləqəbli Əliyev Heydər barədə son günlər çoxsaylı saytlarda o cümlədən “Millətin Səsi.info” saytında onun neçə illərdir törətdiyi cinayət əməlləri ilə əlaqədar silsilə yazılar dərc edilir.

İyul ayının 7-də özünü Bala Heydər ləqəbli Əliyev Heydərin hüquqşünası kimi təqdim edən Mais adlı şəxs redaksiyamıza zəng edərək, yazının müəllifi ilə əlaqə saxlamaq istədiyini və yazılardakı gedən faktla bağlı 2018-ci ildə bir neçə saytı məhkəmyə verərək qalib gədiyini bildirərək, həmçinin bizim saytı da  məhkəməyə verəcəyi  ilə hədələyərək, saytımızı bağladacağını bildirib.

Özümüzə borc bilirik deyək ki, mətbuat xalqın tribunasıdır, cəmiyyətin güzgüsüdür. Vəzifəmiz elektron poçtumuza daxil olan müəllifli yazıların dərc etməkdir və bu missiyanı şərəflə yerinə yetiririk.

Redaksiyamıza və saytımızın elektron poçt ünvanına daxil olan məktubları ararşdırı və müəllif yazısı olduöunda həmin yazıları dərc edirik. Onu da bildirək ki, elektron poçtumuza daxil olan yazıların birində Bala Heydərin ötən əsrin 90-cı illərində “Naxçıvan-Türk” bankına məsul vəzifəyə soxularaq bankın müşahidə şurasının sədri türk vətəndaşı İbrahim Aydının şəxsi avtomaşınına zəhər püskürdən balaca həcmli qaz balonu yerləşdirərək onu qəsdən öldürməsi, sonra Bala Heydərin bankın pullarını götürərək, Bakıya qaçması və ayrı-ayrı ünvanlarda gizlənməsi ilə bağlı daxil olan məktubu araşdırılması üçün Respublika Baş Prokurorluğuna və Naxçıvan Prokurorluğuna yaxın günlərdə göndərməyə hazırlaşırıq.

Son nəticə barədə geniş oxucu kütləsinə məlumat veriləcək. Məlumat üçün Bala Heydərin və onun hüquqşünasının nəzərinə çatdırmaq istəyirik ki, cinayətin müddəti olmur.

Bala Heydər qəsdən adam öldürmə maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunacaq və layiq olduğu cəzanı alana qədər ayrı-ayrı vətəndaşlar tərəfindən daxil olan müəllifli məktublar saytımızda dərc ediləcəkdir.

Maraqlı məqam isə odur ki, yazıdakı faktlarla bağlı nə qədər Bala Heydər ləqəbli Əliyev Heydər müəllimlə əlaqə yaradıb, münasibət öyrənməyə çalışsaq da, bu mümkün olmayıb. Hətta özünü vəkil kimi bizə təqadim edən Mais müəllim də yazılarda gedən faktlarla bağlı heç bir açıqlama verməy istəmədi.

Sonda onu da qeyd edək ki, heç bir hədə-qorxu bizi yolumuzdan döndərə bilməz, hər zaman düzü düz, əyrini əyri yazacağıq.

MillətinSəsi.info

Bənzər yazılar

0.20313405990601