Dünya bazarında “Azeri Light” (CIF) markalı neftin qiyməti artıb.
Millətin Səsi.info xəbər verir ki, Azərbaycan neftinin bir barelinin qiyməti 5,11 ABŞ dolları və ya 4,46% artaraq, 119,72 dollar təşkil edib.
Xatırladaq ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 2020-ci ilin aprel ayında minimal səviyyəyə düşərək 15,81 dollar olub, 2008-ci ilin iyulunda isə maksimum qiymətə - 149,66 dollara satılıb.