Slovakiyada meymunçiçəyi xəstəliyinə ilk yoluxma halı aşkarlanıb.
Bu barədə ölkənin İctimai Səhiyyə Administrasiyasının nümayəndəsi Daşa Raçkova bildirib.
“Meymunçiçəyi xəstəliyi xarici səfərdən qayıdan şəxsdə aşkarlanıb. O, hazırda xəstəxanadadır. Həkimlər xəstənin təmaslarını yoxlayırlar”, - deyə Raçkova məlumat verib.
Mənbə: gazeta.ru