İsrail prezidenti İsaak Hersoq Qurban bayramı münasibətilə Türkiyə lideri Rəcəb Tayyib Ərdoğana zəng edib.
Bu barədə Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr Şöbəsindən məlumat verilib.
Türkiyə-İsrail münasibətləri və regional məsələlərin də müzakirə olunduğu söhbət zamanı prezident Ərdoğan bu bayramın mübarək günlərinin hər iki ölkəyə, bölgəyə və bütün dünyaya sülh və əmin-amanlıq gətirməsini arzulayıb.
Liderlər hazırkı gündəliyə əsaslanaraq konkret addımlarla ikitərəfli münasibətləri inkişaf etdirmək barədə razılığa gəliblər.
Mənbə: Anadolu