Polşalı fermerlər Varşavada hökumət əleyhinə ETİRAZ AKSİYASI KEÇİRİBLƏR

 07-07-2022

Polşa fermerləri hakimiyyətin kənd təsərrüfatı sahəsində siyasəti və artan inflyasiya ilə bağlı Varşavada kütləvi etiraz aksiyası keçiriblər.

Nümayişçilər bayraqlar və pankartlarla Polşa paytaxtının mərkəzi küçələri ilə parlament binasına doğru yürüş edərək şəhərin əsas yollarında nəqliyyatın hərəkətini məhdudlaşdırıblar.

“Biz belə çətin bir zamanda narazı olduğumuzu göstərməyə cəsarət edən ilk təşkilatıq. Faiz dərəcələrinin artırılması inflyasiya ilə mübarizə deyil”, - deyə aksiyanın təşəbbüskarı olan “Agrouniya” təşkilatının lideri Mixal Kolodzeyçak mitinq zamanı bildirib.

Onun sözlərinə görə, sadə insanlar əziyyət çəkdikləri halda dövlət şirkətləri inflyasiya fonunda qazanc əldə edir və “marjalarını artıraraq daha çox qazanırlar”.

“Bizim üçün çətin olması onları maraqlandırmır”, - deyə etiraz aksiyasının təşəbbüskarı vurğulayıb.

Nümunə olaraq o, gübrə tədarükçüsü olan “Azotı” şirkətini göstərib. Onun sözlərinə görə, şirkət marjasını dəfələrlə artırıb.

Mənbə: Russian.rt.com

Bənzər yazılar

0.2567310333252