Kanada alimləri yeni ozon dəliyi kəşf ediblər.
O, Antarktikadakı ozon dəliyindən yeddi dəfə böyükdür.
Ehtimala görə, yeni dəlik 1980-ci illərdən bəri tropik bölgələrin üzərində əmələ gəlsə də, yalnız indi tapılıb.
İlkin hesabatlar göstərir ki, ekvatorial bölgələr üzərində ozonun tükənməsi səviyyələri artıq yerli canlıların böyük populyasiyalarını təhdid edir. Belə ki, bu bölgələrdə radiasiya gözləniləndən xeyli artıqdır.
Mənbə: scientificrussia.ru