Alp dağlarında iki gündə İKİNCİ ÖLÜM

 07-07-2022

İtaliyada Alp dağlarının şərqindəki Ortles zirvəsinə qalxarkən alpinist ölüb.

Bu barədə “Ansa” məlumat yayıb.

Bədbəxt hadisə səhər tezdən təxminən saat 5:30 radələrində əksər alpinistlərin dəniz səviyyəsindən 3 905 metr yüksəklikdəki zirvəyə qalxmaq üçün başlanğıc nöqtəsi kimi seçdiyi Payer sığınacaq ərazisində baş verib.

Alpinist büdrəyib və 400 metr aşağı yıxılıb.

Hadisədən dərhal xəbər tutan yerli xilasedicilər helikopter göndərsələr də, alpinisti xilas etmək mümkün olmayıb.

Mənbə: Evropeyskaya pravda

Bənzər yazılar

0.80983090400696