Bakıda 13 yaşlı qızının zorlandığını bildirən qadın polisə şikayət edib.
"Kriminalqafqaz"ın əldə etdiyi məlumata görə, hadisə iyunun 16-da Binəqədi rayonunun Biləcəri qəsəbəsində baş verib. Belə ki, 1992-ci il təvəllüdlü T. Q ərizə ilə şöbəyə müraciət edərək bildirib ki, qonşusu 2001-ci il təvəllüdlü Z. Məmmədov (şərti) qızı, 2009-cu il təvəllüdlü A.Ağayevaya (şərti) qarşı seksual xarakterli zorakılıq hərəkətləri edib.
Faktla bağlı araşdırma aparılır.