Nyu-Yorkda 76 milyon yaşı olan dinozavrın skeleti HƏRRACA ÇIXARILIB

 07-07-2022

Tirannozavrın yaxın əcdadının skeleti iyulun 28-də “Sotheby's”də hərraca çıxarılacaq.

Bu barədə “Associated Press” məlumat verib.

Skeleti hərraca çıxarılan qorqozavr ABŞ-ın qərbində və Kanadada Təbaşir dövründə yaşamış yırtıcı dinozavrdır. O, tirannozavrdan təxminən 10 milyon il əvvəl yaşayıb.

Bu nüsxə 2018-ci ildə Montanada tapılıb. Hündürlüyü 83 m, uzunluğu 22 m-ə çatır.

Qorqozavrların digər məlum olan skeletləri muzeylərdə saxlanılır, bu, fərdi şəxs tərəfindən satın alına biləcək yeganə nüsxədir.

“Sotheby's” skeletin hərrac qiymətini 5-8 milyon dollar arasında qiymətləndirir.

Mənbə: İnterfaks

Bənzər yazılar

0.28334712982178