Vasif Talıbova bağlılığı olan şirkətlərdə yeni birləşmə

 17-10-2023

“Nəqşicahan Group Şirkətlər İttifaqının “Saat Meydanı” MMC (VÖEN - 0201085271) və “Nəqxşicahan Holdinq Ltd Şirkətlər Qrupunun “Otel Qrand Naxçıvan” MMC (VÖEN- 0200341511) adlı iki şirkət ləğv olunaraq “Naxçıvan Otellər Qrupu” MMC-yə (VÖEN – 0201412411) birləşib.

Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, ləğv olunan şirkətlərin hüquqi varisi “Naxçıvan Otellər Qrupu” MMC olacaq.

Məlumat üçün bildirək ki, Naxçıvan Muxtar Respublikasında qeydiyyata alınan bu şirkətlər Ali Məclisinin sabiq sədri Vasif Talıbovun övladları Rza və Seymur Talıbovlara bağlı olub. Vasif Talıbovun istefasından sonra bu şirkətlərlə bağlı çoxsaylı dəyişikliklər baş verib.

Bənzər yazılar

0.063639879226685