Böyük Britaniyanın maliyyə naziri Rişi Sunak və səhiyyə naziri Sacid Cavid istefa veriblər.
Səhiyyə naziri Cavid “sağlamlıq problemlərinin görünməmiş miqyasını” nəzərə alaraq vəzifəsini tərk etdiyini söyləyib.
Sunak isə öz növbəsində bildirib ki, ictimaiyyət haqlı olaraq hökumətin düzgün və məsuliyyətli işləyəcəyini gözləyir.
“Mən başa düşürəm ki, bu, mənim son nazirlik işim ola bilər. Amma inanıram ki, bu standartlar uğrunda mübarizə aparmağa dəyər və buna görə də istefa verirəm”, -deyə o, əlavə edib.
Qeyd edək ki, istefalar Boris Conson hökumətilə bağlı gündəmdə olan qalmaqallar fonunda baş tutub.
Mənbə: gazeta.ru