Argentinada məhkəmə dörd keçmiş hərbçini hərbi rejim əleyhdarlarlarını (1976-1983) mühakiməsiz qətlə yetirməkdə təqsirli bilərək ömürlük həbs cəzasına məhkum edib.
Bu barədə Argentinanın Ədliyyə Nazirliyinin İnsan Hüquqları Departamenti məlumat yayıb.
Qeyd olunur ki, ölkədəki hərbi xuntaya etiraz edən mülki insanların cəsədləri 1976-1978-ci illər arasında Atlantik okeanı sahillərində tapılıb.
Qeyd edək ki, Argentinanı 1976-1983-cü illərdə hərbi xunta idarə edib.
Mənbə: TASS