ABŞ Konqresinin 17 nəfərdən ibarət üzvünün Ermənistana iyunun 30-na nəzərdə tutulan səfəri ləğv edilib.
Qeyd olunub ki, səfərin ləğv edilməsi uçuşu həyata keçirən pilot heyətinin koronavirus testinin müsbət çıxması ilə əlaqədar olub.
Konqresmenlər Ermənistan parlamentinin sədri Alen Simonyan və başqa fraksiyaların başçıları ilə görüşməli idilər.
ABŞ-dan olan rəsmilərin həmçinin Ermənistanın müxalifəti ilə də görüşü gözlənilirdi.
Mənbə: Hraparak