Mərkəzi Bank Şərurlu İsfəndiyarı məhkəməyə verdi

 13-10-2023

Mərkəzi Bank “Şərur” MTK şirkətinin rəhbəri İsfəndiyar Axundova (Şərurlu İsfəndiyar) qarşı məhkəmə iddiası qaldırıb.

Qaynarinfo.az-ın məlumatına görə, iddiası ipoteka krediti ilə bağlıdır.

Cavabdeh qismində “Çinar-Araz Firması” Məhdud Məsuliyyətli Cəmiyyəti, maraqlı şəxs qismində Əmanətlərin Sığortalanması Fondu da yer alır.

İddia “Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr – İpoteka müqaviləsi üzrə mübahisələr”i üzrədir.

Qeyd edək ki, “Çinar-Araz Firması” Məhdud Məsuliyyətli Cəmiyyətinin qanuni təmsilçisi Mübariz Abdullayev Mahmud oğludur.

İşə Bakı Kommersiya Məhkəməsinin hakimi Zeynəb Axundovanın sədrliyi ilə baxılacaq.

Bənzər yazılar

0.072180032730103