Tofiq İsmayılovun oğlu hakim qarşısında

 12-05-2025

Azərbaycanın 1-ci dövlət katibi, mərhum akademik Tofiq İsmayılovun oğlu Mir Heydər İsmayılov və onunla birgə mühakimə edilənlərin məhkəməsi başlayıb.

“Qafqazinfo”nun məlumatına görə, işə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır.

Heydər İsmayılov və digərləri xüsusilə külli miqdarda dələduzluqda ittiham olunurlar. İş materiallarında yazılıb ki, İsmayılov iki nəfərin 810 min manat pulunu ələ keçirib. Ona qarşı Cinayət Məcəlləsinin 178.4-cü (dələduzluq-xüsusilə külli miqdarda zərər vurmaqla törədildikdə) maddəsi ilə ittiham verilib. İsmayılov əvvəl həbs edilsə də, bir müddət sonra ev dustaqlığına buraxılıb.

İş üzrə iki nəfər-Məhərrəm Səfərov və Hacı Əsgərov zərərçəkmiş qismində tanınıb. 

Prokuror həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsinə razı olmayıb. Qətimkan tədbiri dəyişdirilmədən iş baxışa verilib.

Məhkəmə istintaqı tərəflərin dindirilməsi ilə davam edir.

Qeyd edək ki, T.İsmayılov 1991-ci ilin noyabrın 20-də Qarakənd kəndi üzərində ermənilərin Azərbaycanın hərbi helikopterini vurması nəticəsində həlak olub.

Fotoda: Tofiq İsmayılov

Bənzər yazılar

0.07329797744751