28 May münasibətilə əfv fərmanı gözlənilir - 700-dən çox müraciət

 12-05-2025
28 May - Müstəqillik Günü münasibətilə əfv fərmanının verilməsi gözlənilir.
 
Bunu Qaynarinfo-ya açıqlamasında hüquq müdafiəçisi Novella Cəfəroğlu deyib. 
 
Onun sözlərinə görə, siyahıya salınacaq şəxslərin adları Prezident yanında Əfv Məsələləri Komissiyasına təqdim edilib:
 
"Gözləyirik. Bu dəfə siyahıda çox məhkumun adını görəcəyimizə ümid edirik".
 
Qeyd edək ki, bu günə kimi Prezident yanında Əfv Məsələləri Komissiyasının keçirilən iclaslarında 700-dən çox müraciətə baxılıb. Növbəti iclası mayın 16-da keçiriləcək.

Bənzər yazılar

0.087429046630859