Fransada vegetarian və veqan məhsullarına ət məhsulları ilə eyni ad verilməsi qadağan ediləcək.
Belə ki, uzun illərdir bu təşəbbüsü təbliğ edən Fransanın ət sənayesinin nümayəndələri yeni normaları təsdiqləyiblər.
Yeniliklərə əsasən, bundan sonra ölkədə vegetarian “steyk” və “sosis”lərini satmaq mümkün olmayacaq.
Qeyd edək ki, artıq Avropa səviyyəsində qeyri-heyvan mənşəli məhsullar üçün “süd”, “yağ” və “pendir” kimi adların istifadəsi qadağan edilib.
Mənbə: gazeta.ru