General-mayor DSMF-ni məhkəməyə verdi

 07-10-2023

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə Fondu (DSMF) Publik Hüquqi Şəxsin Xüsusi Şərtlərlə Təyinat Üzrə Mərkəzi Filalına qarşı məhkəmə iddiası qaldırılıb.

Yeniavaz.com xəbər verir ki, məhkəmə iddiası Bakı Apellyasiya Məhkəməsinin hakimi Cahangir Yusifovun icraatına verilib.

Məhkəmə iddiasının pensiya təminatı üzrə mübahisələrlə əlaqəli olduğu bildirilir.

DSMF-yə qarşı məhkəmə iddiası Müdafiə Nazirliyi Kəşfiyyat İdarəsinin sabiq rəisi, general-mayor İlqar Mazanov tərəfindən qaldırılıb.



Qeyd edək ki, İlqar Mazanov 1962-ci ildə anadan olub. 2014-cu ildə “Xalq Bank” ASC-nin Mühafizə xidmətinin rəhbəri vəzifəsindən Müdafiə Nazirliyinin Kəşfiyyat İdarəsinə rəis vəzifəsinə gətirilib. Rəis təyin olunduqdan qısa müddət sonra polkovnik rütbəsindən general-mayor rütbəsinə qaldırılıb. 2017-ci ildə tutduğu vəzifədən azad olunub. İlqar Mazanov hazırda əvvəlki iş yerində – “Xalq Bank” ASC-nin Mühafizə xidmətinin rəhbəri vəzifəsində işləyir.


İlqar Mazanov

Onu da bildirək ki, İlqar Mazanovun atası tanınmış ictimai-siyasi xadim və yazıçı olan Abbas Mazanovdur. Vəfadağlı ləqəbi ilə tanınan Abbas Mazanov uzun illər kemiş Ermənistan SSR-nin Krasnoselo (Göyçə mahalı) rayon İcraiyyə Komitəsinin sədri olub.

Bənzər yazılar

0.097728967666626